Könül Kərimova boşanmasından DANIŞDI: "Ayrılmağımız ona pis təsir etdi"
"Qayınanamla münasibətim yaxşı idi. Onu çox istəmişəm. Hər şeydən əvvəl xalamdır. Ətraf da şahiddir ki, o məni, mən onu çox istəyirəm".
Redaktor.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "7 tamam" proqramında deyib.
Boşanmağından danışan müğənni qayınanası ilə münasibətlərindən də söz açıb:
"Hətta o biri gəlinlərlə mənim aramda ayrı-seçkilik edirdi. Ayrılığımız ona pis təsir etdi".