Silahlı insidentin olduğu yerdə Röya konsert verəcəkmiş

 22:11 22.03.2024     524

Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. Nəticədə 12 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.

Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir. (qafqazinfo)