Roza Zərgərli Röya üçün qurban kəsdirdi

 22:28 23.03.2024     494

Müğənni Roza Zərgərli Moskvada baş verən terror aktından qurtulan Xalq artisti Röya Ayxan və onun komandası üçün qurban kəsdirib.

Redaktor.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.

“Dünən çox qorxdum. Sağ-salamat qayıdın evə, uşaqlar. Qurbanınızı da kəsdim, indi göndərəcəm paylasınlar. Yaxşı ki, sağ-salamatçılıqla qurtardı. Allah orada ölənlərə də rəhmət etsin, nə olsun başqa dindəndirlər. Heç xoş bir hadisə deyil. Onun travması hələ çox uzun çəkəcək. Keçmiş olsun. Biz də stress keçirdik”,-deyə müğənni qeyd edib.