7 illik evliliyi bitdi - FOTOLAR

 11:01 24.03.2024     499

Türkiyənin məşhur aktyoru Mesut Akustan boşanıb. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin Şafak Özbirlə olan 7 illik evliliyi sonlanıb. 

2016-cı ildə ailə quran və evliliklərindən bir qız övladları olan cütlük 3 gün əvvəl ayrılmaq qərarına gəlib. 

Sosial şəbəkə hesabında tez-tez həyat yoldaşı ilə xoşbəxt fotolar paylaşan Özbirin ayrılıqdan sonra bu postlarına yenisi əlavə olunub.

O, ailəvi fotolarını paylaşaraq yazıb: “Nə yazacağımı bilmirəm... Bəli, oxuduqlarınız doğrudur! Məsutla evimizi ayırmağa qərar verdik... Amma həyatımız həmişə bir yerdə olacaq... Sevgimiz, hörmətimiz, valideynliyimiz ömrümüzün sonuna qədər əbədi qalacaq... Evlilik həyatımızda olduğu kimi, indi də əllərimiz bir-birimizin çiynində olacaq. Və ən əsası gözəl qızımıza çox xoşbəxt ata-ana olacağıq... Mən səni çox sevdim və bundan sonra da hər zaman yanında, bir addımlığındayam canım Mesut...”

Qeyd edək ki, bir çox seriallarda rol alan Mesut Akustan son olaraq "Yürek çıkmazı" serialında iştirak edib.