Azərbaycanlı repçi terrorda zərər çəkənlərə 1 milyon ianə etdi - FOTOLAR
Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navai (Nəvai Bəkirov) Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident zamanı zərər çəkənlərə maddi yardım edib.
Redaktor.az xəbər verir ki, ifaçı bu barədə instaqram hesabında paylaşım edib.
Navai Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18 451 manat) bağışlayıb. Yardımı terrorda ölənlərin ailələrinə etdiyini bildirən repçi izləyicilərini də yardıma səsləyib.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, 154 nəfər yaralanıb.