“Bu adam məni şikəst edib” - Flora Kərimova cərrahdan şikayətçidir

 12:08 04.04.2024     567

Xalq artisti Flora Kərimova gözlərində uğursuz əməliyyat edildiyini deyib.

Redaktor.az xəbər verir ki, sənətkar “İlkin xəbər” verilişinə müsahibəsində eynək taxmaqdan şikayətlənib:

“Bu mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Faktiki, bu adam məni şikəst edib”.

F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.

Süjetdə bildirilib ki, əməliyyatı kök-hüceyrə uzmanı, plastik-cərrah Sevinc Heydərova edib. 

Qeyd edək ki, F. Kərimova ilə S. Heydərova arasında qalmaqal ötən ilin əvvəlindən davam edir (qafqazinfo).