Ahmet Kural ata oldu – FOTO

 11:43 07.04.2024     389

Türkiyəli məşhur aktyor Ahmet Kural ata olub.

Redaktor.az xəbər verir ki, bu haqda aktyor sosial media hesabında paylaşım edib.

“Min aydan daha xeyirli olan Qədr Gecəniz mübarək olsun. Bu gecə də öz xeyiri ilə, xoşbəxtliyi ilə və Allahın bizə sağ-salamat qucağımıza almaq şansı verdiyi oğlumuz Kamal Kuralla gəldi. Hər şey yaxşıdır. Çağla da, Kamal da sağlamdır. Bu xoşbəxtliyi sizinlə bölüşmək istədik”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Çağla Gizem Şahin və Ahmet Kural iyulun 18-də Bodrumda evləniblər.