“Nə yeyirlər, nə içirlər bilmirəm” - Zamiq sürücüləri tənqid etdi

 20:48 07.04.2024     497

Ötən gün “Koroğlu” stansiyasının yaxınlığında yük maşını aşıb və nəticədə avtomobildə olan maye yola dağılıb.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı müğənni Zamiq Hüseynov da “Instagram” hesabında fikirlərini bildirib:

“Mən hər zaman demişəm, yenə də deyirəm. Artıq “avtoşluq” edənlər balaca maşınlar deyil, yük maşınları və avtobuslardır. Bu sürücülər nə yeyirlər, nə içirlər, bilmirəm. Sən sürdüyün maşına bələd deyilsən? Döngəyə sürətlə necə girişdir bu? Bu aşan maşının sağında bir ailə, uşaq getsəydi, necə olacaqdı? Nə qədər insan bədbəxt olacaqdı? Dəhşətdir vallah”.