Aysel Həsəninin səhifəsi yenə oğurlandı - FOTO

 22:05 13.04.2024     391

İnfluenser Aysel Həsəninin (icelinee) “İnstagram” hesabı ikinci dəfə oğurlanıb.

Redaktor.az xəbər verir ki, 342 mindən çox izləyicisi olan səhifə ələ keçirilib.

Ayselin profilində Adolf Hitlerin fotoları paylaşılmağa başlanıb.

Qeyd edək ki, bloqerin hesabı daha öncə də oğurlanmış, bir gündən sonra geri qaytarılmışdı. (olay.az)