Mələkxanım Eyubovanın qızının nikahından GÖRÜNTÜLƏR

 22:23 14.04.2024     485

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur.

Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin qızı özünün “Instagram” hesabında paylaşım edib.

Belə ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır.

Məclis şəhərdə, açıq məkanda təşkil olunub.

Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək.

Xatırladaq ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. 

Həmin görüntüləri təqdim edirik: