Röya oğlunun bu hərəkətinə görə ÜZR İSTƏDİ

 10:29 16.04.2024     473

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.

Redaktor.az olay-a istinadən bildirir ki, sənətçi bu barədə "PrimeTime Elvin Elxanla" yutub layihəsində bəhs edib.

"Mənim bir günüm yox olub. Özü də yeməkdə idim. Hər kəsin burnundan gəldi. Uşaq üç gün evdən çölə çıxmayıb. Deyir ki, nə bilim, biz uşaqlarla belə etdik. Ona görə deyirəm, bunların nəslindən (red. - Z nəsli) qorxmaq lazımdır. Sizə nə var bizim səhifə oğurlanıb. Sizə nə var bizim başımıza nə iş gəlib. Sən necə sevinə bilərsən bir Azərbaycan sənətçisinin başına iş gəlib. Səhər ananın başına gəlsə? Bunlar bilirsiniz necə fikirləşirlər? Biz bunlar üçün yoxuq. Bunlar ancaq ingilislərə qulaq asır. Deyirəm sənin instaqramın var. Deyir yox. İnstaqramı da pozublar. Sən başa düşürsən ki, insanlar elə bilir ki biz səninlə bu haqda danışırıq. Əgər bu çox pis qarşılanmışdısa, o, uşaqdır, onun yerinə üzr istəyirəm", - deyə, o, söyləyib.

Estrada ulduzu, həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günündə bir neçə həmkarına gül göndərdiyini, onlar arasında Aygün Kazımovanın da olduğunu deyib.

Qeyd edək ki, R. Ayxanın oğlu Hüseyn Kazımovanın oğurlanan səhifəsini paylaşaraq "Gecəniz xeyirə qalsın" şərhini yazmışdı.