Müğənni həbsxanada evlənməyi ilə öyündü: "Heç kimin bacarmadığını etmişəm..."
"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək”.
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib.
İfaçı həbsxanadakı evliliyindən söz salıb:
"Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsmi nikahla ailə həyatı qurmuşam. Harada? Bu, artıq ikinci sualdır. Heç kimin bacarmadığı addımları atmışam. Peşman da deyiləm. Evliliyim aşağı-yuxarı 1 il 3 ay sürdü. İndiki düşüncədə olsaydım, yenə də eynisini edərdim”.(bakıvaxtı.az)