Cavanşir Məmmədovun vəfatı ilə bağlı yeni AÇIQLAMA

 13:16 20.04.2024     894

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Redaktor.az-a bu barədə TƏBİB-dən məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

13:16

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

Redaktor.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.