Reper öz konsertində saxlanıldı - VİDEO

 15:21 20.04.2024     714

Latviyalı reper Platina Rusiyanın Tomsk vilayətində öz konsertində saxlanılıb.

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, o, 4 inzibati maddə ilə ittiham olunur: Rusiya Federasiyasında qalma rejimini pozma, Rusiya Federasiyasında qanunsuz fəaliyyət, tibbi müayinədən keçməkdən imtina və narkotiklərin təbliği.

Polis onun Rusiyaya turist vizası ilə daxil olduğunu və onun burada işləməsinə icazə vermədiyini müəyyən edib.