“Mənə səhnənin canavarı deyirlər” - Xalq artisti
Xalq artisti Gülyanaq Məmmədova növbəti açıqlamasıyla diqqət çəkib.
Redaktor.az xəbər verir ki, verilişlərin birində sənətçi səhnənin canavarı adlandırıldığını deyib.
“Mənə sənət yoldaşlarım səhnənin canavarı deyirlər. Mənim üçün bu sözü eşitmək xoşdur. Səhnədə hər şeyi unuduram, amma evimdə balaca uşaq kimiyəm. Hətta həyat yoldaşım gəlib səhnədə mənə baxıb deyirdi ki, mən səni səhnədə başqa cür görürəm. Elə bil mənim xanımım deyilsən. Evdə balaca uşaq kimi olursan”, - deyə o söyləyib. (olay.az)