Məşhur azərbaycanlı müğənninin Rusiyada 153 milyon borcu yaranıb

 10:49 06.05.2024     471

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun vergilərə 153 milyon rubl (2,8 milyon manatdan çox) borcu var.

Redaktor.az “Baza” teleqram kanalına istinadən xəbər verir ki, Rusiya Federal Vergi Xidməti onun restoran işi və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesablarını bloklayıb.

Bildirilir ki, mayın 1-də sözügedən qurum H. Həsənovdan 153 milyon rubl ödəməyi tələb edib, növbəti gün isə bloqerin pay sahibi olduğu “Banda fuds” MMC-nin hesablarını bloklanıb. Bloklanma səbəbi kimi vergi bəyənnaməsinin təqdim olunmaması göstərilir.

H.Həsənov instaqramda məsələyə münasibət bildirib: “Xəbərləri görmüşəm, dəstəyinizə görə çox sağ olun. Əsas borcu bağladıq, cərimələri də yaxın vaxtda ödəyəcəyik. Sizi sevirəm”.