Bu ölkənin müğənnisi “Avroviziya”dan QOVULDU

 09:00 11.05.2024     817

Niderlandlı müğənni Yosta Kleyna müəmmalı hadisəyə görə “Avroviziya - 2024”ün münsiflər heyəti tərəfindən şoudan uzaqlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.

Onun yarışdan çıxarılmasına səbəb olan hadisə isə sirr olaraq qalır. Avropa Yayım Birliyi sənətçi ilə bağlı araşdırmalara başlayıb.

“SVT” kanalı bildirib ki, Niderlanddan olan müğənni fotoqraflardan biri ilə mübahisə edib və nəticədə onların arasında münaqişə yaşanıb.