Xalq artisti Qənirə Paşayevanın sözlərinə yazılmış mahnını Laçında oxudu - VİDEO

 14:38 14.05.2024     590

Xalq artisti Tünzalə Ağayeva Laçında “Xarı bülbül” festivalında iştirak edib. 

Redaktor.az xəbər verir ki, pop star tədbir üçün yaşıllara bürünüb. Səhnədə füsunkar görünən müğənni musiqisi özünə, sözləri isə mərhum millət vəkili Qənirə Paşayevaya məxsus olan, “Ruhani” aşıq musiqisi üstündə yazılmış “Anam Azərbaycan” adlı kompozisiyanı təqdim edib. Xalq artisti sözügedən əsəri Aşıq Ədalətlə birgə ifa edib.

Görüntüləri təqdim edirik: