61 yaşlı Demi Mur geyimi ilə diqqət çəkdi

 23:56 17.05.2024     452

Hollivud aktrisası Demi Mur Kann Film Festivalının dördüncü günündə qonaq olub.

Redaktor.az xəbər verir ki, bu barədə "İnstyle" məlumat yayıb.

61 yaşlı Demi Mur qırmızı xalçada dar, büstiyer paltarda poza verib. Görünüş qiymətli daşlarla uzun sırğalarla tamamlanıb. O, saçını da düzləşdirib və makiyajını çəhrayı göz kölgəsi ilə edib.

Qeyd edək ki, aktrisanın Brüs Uillisdən üç qızı var. Sənətçilər 1987-ci ildən 2000-ci ilə qədər təxminən 13 il evli olublar. Boşandıqdan sonra, 2009-cu ildə Brüs Uillis özündən 23 yaş kiçik model Emma Heminqlə evlənib. Aşiqlərin iki qızı var: Maybell Rey və Evelyn Penn.

Keçən il Brüs Uillisin ailəsi aktyorun frontotemporal demensiyaya tutulduğunu açıqlamışdı. Bu xəstəlik idrak qabiliyyətinin tədricən itirilməsinə səbəb olur. Bu yaxınlarda ağır xəstə olan Brüs Uillis nəvəsi ilə fotosessiyaya çəkilib.

AYAN