Əməkdar artist narkotikə görə 6,5 il həbsdə qalacaq
Penza məhkəməsi Rusiya Federasiyasının əməkdar artisti Ramilə İsgəndəri (Xisamova) 6,5 il müddətinə azadlıqdan məhrum edib.
Redaktor.az mk.ru-ya istinadən xəbər verir ki, aktrisa külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhd ittihamı ilə 6,5 il müddətinə həbsxanaya göndərilib.
Xatırladaq ki, məşhur sənətçi 2023-cü ilin avqustunda saxlanılaraq nəzarətə götürülüb.
Penza Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Maruşkinskoye kəndində Rus Akademik Gənclər Teatrının 46 yaşlı aktrisasının evində axtarış aparıblar. Tədbir zamanı Xisamovanın evindən amfetamin və 0,05 qram kokain aşkar edilib. Bundan əlavə, onun avtomobilinin qapısının örtüyünün altından çəkisi 1,966 qram olan iki bağlama aşkar edilib. Həmin bağlamaların içərisində mefedron olduğu müəyyən edilib.
Rusiya Federasiyasının əməkdar artisti barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 5-ci hissəsi ilə (Xüsusən külli miqdarda narkotik vasitələrin istehsalı, satışı və ya ötürülməsi) cinayət işi başlanıb.
Ramilə İsgəndər müxtəlif seriallar və filmlərdəki rolları ilə tanınır, həmçinin Lunginin “Çar” filmində İvan Qrozunun həyat yoldaşı Mariya Temryukovna rolunu oynayıb.
Bundan əlavə, Ramilə İsgəndər səsi xarici filmlərdəki bir çox aktrisaların, o cümlədən Mila Kunis, Marion Cotillard və “Vicky Cristina Barselona” filmində qəhrəman Skarlett Cohansonu səsləndirib.
Sultan AYXAN