Moldova prezidenti məşhur rus rok qrupuna vətəndaşlıq verdi

 19:09 27.05.2024     495

Moldova prezidenti Maya Sandu məşhur rus rok qrupu "Bi-2" qrupunun bəzi üzvlərinə respublika vətəndaşlığı verib.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, sözügedən ölkənin bu barədə Prezident Administrasiyasının rəhbəri Adrian Balutel "Telegram" kanalında məlumat verib.

"Sandu Bi-2 qrupunun bəzi üzvlərinə və onların ailə üzvlərinə Moldova Respublikasının vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb", - A.Balutel yazıb.

Qeyd edək ki, daha əvvəl o, "Bi-2" qrupunun bir neçə üzvü -Moldova vətəndaşlığı üçün müraciət edib.

Vətəndaşlıq alanların siyahısı prezidentin saytında dərc olunub.

Sultan AYXAN