Türkiyənin məşhur aktrisası vəfat etdi

 15:22 05.06.2024     532

Son illər xərçənglə mübarizə aparan türkiyəli aktrisa Fatma Karanfil 72 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə onun meneceri Əsli İslamoğlu sosial şəbəkədə məlumat verib.

"Əzizimiz Fatma Karanfili itirdik. Türkiyə kinosunun və teatrının ən hörmətli aktrisalarından olan çox önəmli aktrisamızın vəfatını dərin hüznlə öyrəndik. O, yaradıcılıq həyatı boyu bir çox uğurlu layihələrdə iştirak edib, bir çox mükafatlar alıb. O, təkcə aktyorluğu ilə deyil, həm də insani keyfiyyətləri, üslubu, zəhmətkeşliyi, insanpərvərliyi ilə sənət adamlarına örnək olub”, - deyə menecer bildirib.

Karanfil 3 fevral 1952-ci ildə Eskişehir şəhərində anadan olub, 1968-ci ildə kinoda fəaliyyətə başlayıb. 1976-1980-ci illərdə o, Londonda yaşayıb və burada tekstil ixtisası üzrə təhsil alıb. 1990-cı illərdə döş xərçəngi diaqnozu qoyuldu, müalicə olundu və 2001-ci ildə aktrisa kimi işə qayıtdı. Ancaq son illərdə xərçəng yenidən qayıdır.

Aktrisa 1970-ci illərdə Türkiyənin ən böyük kinostudiyasında "Yeşilcam"da böyük kinoda işləməyə başlayıb. İstanbulda yerləşən bu studiya faktiki olaraq “Türk Hollivudu”na çevrilərək onlarla ikonik film nümayiş etdirir. O, türklərin “Keloğlan” dastanı əsasında hazırlanan tamaşada rol alıb. “Qadağan Aşk” (2008-2010) serialındakı rolu ona böyük şöhrət gətirdi. O, karyerası ərzində 70-ə yaxın film və serialda rol alıb, teatrda oynayıb. 1972-ci ildə Karanfil “Ögey ana” filmində ən yaxşı ikinci plan roluna görə Antalyada “Qızıl Portağal” Film Festivalına layiq görülüb. 

Turan İSMAYIL