Bu gün Mervenin toyudur - FOTOLAR

 11:18 09.06.2024     587

76-cı Kann Film Festivalında “Kuru otlar üstüne” filminə görə “Qızıl Palma” mükafatını qazanan Merve Dizdar 10 aydır eşq yaşadığı Cihan Aygerlə evlənməyə qərar verib.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün aktrisanın toyudur.

Mərasimə məşhur cütlüyün ailələri və yaxın dostlarının qatılacağı bildirilir.

Xatırladaq ki, Merve Dizdar 3 il əvvəl həmkarı Gürhan Altundaşardan boşanıb.

Qeyd edək ki, Merve “Kavak yelleri”, “Doksanlar”, “Kertenkele”, “Vatanım sensin”, “Kırmızı oda”, “Masumlar apartmanı” və “Ömer” seriallarında rol alıb.