Tanınmış müğənni 17 illik xəstəliyini etiraf etdi - "Yalan mənim üçün çox yük idi"

 22:34 10.06.2024     681

Kanadalı müğənni Selin Dion 17 il ərzində xəstəliyin - əzələ sərtliyi sindromunun olduğunu gizlətdiyini və 2022-ci ilə qədər səhnədə görünməyə davam etdiyini etiraf edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail"  məlumat yayıb.

“Yalan mənim üçün çox yük idi. Məni bu gün olduğum yerə gətirən insanları artıq aldada bilməzdim”, - o müsahibəsində deyib.

Müğənninin sözlərinə görə, o, bütün diqqətini 2016-cı ildə boğaz xərçəngindən vəfat edən əri, prodüser Rene Anjelilin müalicəsinə yönəldib.

“Mənə nə baş verdiyini bilmirdik. Vaxt tapmadım. Dayanmalı, hər şeyi anlamağa vaxt tapmalı oldum”, - deyə ifaçı izah edib.

O, həmçinin qeyd edib ki, ərinin ölümündən sonra uşaq böyütməyi müğənnilik karyerası ilə birləşdirmək və eyni zamanda səhhətinin pisləşən vəziyyətini ictimaiyyətdən gizlətmək onun üçün çətin olub. Dion xəstəliyinin əlamətlərini ətraflı təsvir edib:

Sanki bir şey onu boğur, qırtlağına basır, təkcə boğazda deyil, həm də qarın nahiyəsində ola biləcək spazmlar səbəbindən səsini idarə etmək çətindir.

Yusif EYVAZLI