“Oğlum mənə bu sözü deyəndə dəli oluram” - Röya
“Oğlum Hüseynin 15 yaşı olacaq. Şükürlər olsun ki, Hüseyn mənim sənətimi davam etdirmədi. O hansı qızı istəsə, onu da ona alacağam. Mən İtaliyada yaşamaq istəyirəm. İllər ötəcək, oğluma deyəcəyəm ki, “duxun” çatırsa, məni orada yaşat. Mən öz nəslimə və kökümə yaxşı qız olmuşam. Hüseyn anasına cavabdeh ola bilməyəcək?! Onun bir dənə anası var. Göndərsin məni İtaliyaya. Yaşlananda gedim özüm üçün yaxtada uzanım”.
Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Sənətçi oğlu Hüseynə qoyduğu qadağalardan söz açıb. Röya bildirib ki, yeniyetmə övladını çərçivələr içində böyüdür:
“Oğlum məni çox yorur. Misal üçün, səhər məndən bir şeyə görə icazə alır, amma mən o icazəni ona vermirəm. O icazəni məndən alana qədər cəhdlərinə davam edir. Hüseyn dostları ilə toplaşmaq istəyir. Həftədə bir-iki dəfə ona icazə verirəm.
Oğlum hər gün evdən çıxanda dəli oluram. O da hər gün evdən çıxmağa bir səbəb tapır. Deyir ki, “Ana sinif yoldaşımın ad günüdür”, “Sinif yoldaşlarım bir yerdə toplaşıblar”, “Onlar yığışıb dənizə gedirlər” və s.” “Dənizə getmək” – adı gələndə dəli oluram. Deyirəm ki, “mən çıxıb evdən gedərəm, amma dostların yığ gətir evə, buradakı hovuzda çimin”.
Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib.
2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A.Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.