27 illik evliliyinə son qoymuşdu, iş adamı ilə sevgilidir

 23:09 17.06.2024     1204

Ötən ilin mayında həmkarı Mehmet Aslantuğla 27 illik evliliyinə son qoyan məşhur aktrisa Arzum Onan yeni eşqə yelkən açıb. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il əl-ələ tutaraq boşanmağa gedən cütlük günlərlə gündəmdən düşməmişdi.

Onlar yenidən gündəmə gəliblər, lakin bu dəfə Arzumun sevgi macəraları ilə. 

Belə ki, Arzum Onanın iki ay əvvəl Los-Ancelesdə yaşayan türk iş adamı Orkan Özkan ilə görüşməyə başladığı iddia edilir. Məlumata görə, iş adamı daha öncə evli olub və onun iki qızı var. 

Qeyd edək ki, Arzum Onan və Mehmet Aslantuğun birgə nikahdan Can Aslantuğ adlı bir oğlu var.