61 yaşlı Xalq artisti 18 yaşlı qızla evlənir -  FOTO

 10:21 18.06.2024     1361

Rusiyanın  gürcü əsilli Xalq artisti,61 yaşlı müğənni Qriqori Leps Moskva Dövlət Universitetinin tələbəsi, 18 yaşlı Avrora Kiba ilə evlənir.

Redaktor.az xəbər verir ki, Leps Kibaya bu yaxınlarda evlilik təklifi edib. Onların yaxın müddətdə toylarının olacağı gözlənilir.

Məlumatda bildirilib ki, musiqiçi gələcək xanımı ilə valideynləri vasitəsilə tanış olub və onların romantikası Avroranın anasının razılığı ilə başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Leps üç uşağı olan həyat yoldaşı Anna Şaplıkovadan boşanıb. Cültük 20 ildən çox bir yerdə yaşayıblar. Boşanmanın səbəbi isə musiqiçinin xəyanəti olub. O, özü də dəfələrlə evliliyinin dağılmasında günahkar olduğunu bildirib. Boşandıqdan sonra Leps özündən 40 yaş kiçik qızla münasibətdə olub, lakin mart ayında onların ayrıldığı məlum olub.