Məşhur meyxanaçı qızının toyuna getmədi
Meyxanaçı Ağamirzə Məmmədovun qızı ailə qurub.
Redaktor.az xəbər verir ki, bu barədə o, “Qonaqcanlı” verilişində danışıb.
Ağamirzə deyib ki, kürəkəni Amerikada çalışır, qızı isə təhsil üçün sözügedən ölkəyə yollanıb.
Onların iyunun 9-da ABŞ-də toyu baş tutsa da, söz ustası iştirak edə bilməyib. Buna baxmayaraq müğənni Elariz Məmmədoğlu məclisdə səhnə alıb.