Sıla Handeni geridə qoydu

 20:44 24.06.2024     521

Dünyanın məşhur anket platformalarından olan “The Netizens Report” apardığı sorğu ilə 2024-cü ilin “Yaşayan ən gözəl qadın”ını müəyyən edib.

Redaktor.az xəbər verir ki, bu siyahıda türkiyəli aktrisa Sıla Türkoğlu ilk yerdə qərarlaşıb.

İkinci yerdə çinli aktrisa Dilraba Dilmurat, üçüncü pillədə isə aktrisa Hande Erçel yer alıb.

Hazırda “Kirli Sepeti” serialında rol alan məşhur aktyor Halil İbrahim Ceyhan keçirilən səsvermədə 2024-cü ilin “Türkiyənin ən yaraşıqlısı” seçilib.