"Meyxanaçılar arasında milyonçu özüməm”
Meyxanaçı Orxan Lökbatanlı açıqlaması ilə diqqət çəkib.
Redaktor.az bildirir ki, söz sənətkarı qonaq olduğu "Rəngarəng səhər" verilişində həmkarlarının maddi imkanlarından söz açıb.
Orxan bildirib ki, meyxanaçılar arasında ən imkanlısı özüdür:
"Kənardan elə görünür ki, meyxanaçıların maddi imkanı yaxşıdır. Həmkarlarım içində ən zəngin və çox pulu olanın kimliyini bilmirəm və buna heç zaman fikir verməmişəm. İnsan var ki, bunun həvəskarıdır, izləyir ki, kimin neçə dənə avtomobili, evi, kostyumu var. Mənim elə dostum var ki, 10 ildən sonra bilmişəm ki, o harada çalışır. Bu şeylərlə maraqlanmamışam. Meyxanaçılar içində milyonçu və oliqarx olan özüməm. Əgər söylədiyim bir şeirə, meyxanaya bir gecədə 5000 insan baxırsa, məndən zəngin adam yoxdur. Bu sənətə aid olmayan başqa bir biznes açmaq niyyətim var. Yavaş-yavaş həyata keçirirəm. Yaxın zamanda bəhrəsini də görəcəyəm".