Zaur verilişinə gələn Nazənini pərt etdi – VİDEO

 12:31 29.06.2024     202

Aparıcı Zaur Baxşəliyev efirdə müğənni Nazənin Salayevanı pərt edib.

Redaktor.az bildirir ki, hadisə sənətçinin qonaq olduğu "Zaurla Günaydın" verilişində yaşanıb.

Proqramın aparıcısı Zaur "Sən heç zaman bura əli boş gəlməzdin" deyərək verilişinə gələn Nazəninə atmaca atıb.

Baxşəliyevin bu sözlərinə Salayeva belə reaksiya verib:

"Bayaq içəri girən kimi deyirəm ki, ilk dəfədir, əliboş gəlirəm. Buna görə məni geri qaytaracaqlar. Amma sizi gözləyirlər. Bütün "paypuş"larınız (hədiyyəni nəzərdə tutur - red.) oradadır (studiyadan kənarda)".