Molla rejimi Damlanın Ərdəbildə konsert verdiyi salonu möhürlədi - VİDEO

 17:31 02.07.2024     290

Azərbaycanın tanınan müğənnisi Damlanın (Məsumə Məmmədova - red.) İranın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.

Redaktor.az xəbər verir ki, Ərdəbil prokurorluğu bunu qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla əlaqələndirib.

Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub.

Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.