"Ölüm xəbərim yayılanda mənə yığıb dedi ki..." - VİDEO
"Bu günə qədər 3 dəfə ölüm xəbərim yayılıb".
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova "Xəzər axşamı" verilişində deyib.
İfaçı yayılan xəbərlər zamanı ilk dəfə ona həmkarı Mətanət Əsədovanın zəng etdiyini bildirib:
"İlk dəfə Mətanət Əsədova ağlaya-ağlaya yığıb dedi ki, "körpə balan var, elə bildim düzdü". Açığı o zəngi heç gözləmirdim. O xanımın o qədər həssas olduğunu bilmirdim".