Rəşad Dağlının övladlarının təhsil haqqını anonim ödəyən bu şəxs imiş - VİDEO
Qətlə görə məhkum olunmuş məşhur meyxanaçı Rəşad Dağlının övladlarının təhsil haqlarını ödəyən şəxsin kimliyi məlum olub.
Redaktor.az bildirir ki, manset.az-ın məlumatına görə, meyxanaçının oğlu Yusif və qızı Bətülün təhsil haqqını ödəyən Anar Əlizadə adlı şəxsdir.
O növbəti il üçün də Rəşad Dağlının övladlarının təhsil haqlarını ödəyib.
Meyxanaçının övladları bu xeyirxah addıma görə Anar Əlizadəyə təşəkkür ediblər.