Əməkdar artistin qızı ömürlük xəstəliyə TUTULUB
“Bu xəstəlik onda anadangəlmə yox, sonradan yaranıb. Çox nadir xəstəliklərdən biridir. Nəfisənin bu xəstəliyi ilə bağlı Amerikaya belə müraciət etdik. Dedilər, həm nevroloji, həm də qida ilə əlaqədardır. Çörək, ədviyyatlar, yağdan uzaq olmalıdır. Mal əti olmaz, yalnız quzu əti yeməlidir”.
Redaktor.az xəbər verir ki, bu sözləri Əməkdar artist, xanəndə Nigar Şabanova qonaq olduğu verilişdə deyib.
O bildirib ki, qızında (o qardaşının qızını övladlığa götürüb) kəskin “övrə”- qurdeşənəyi xəstəliyi var və bu xəstəlik tam müalicə olunmur.
“İndi yaxşıdır. Bir il idi ki, ciddi problemi var idi. Xəstəliyinin ən ağır formasını yaşayır. İynə dərmanını xaricdən alıb gətiririk. Həkimlər deyir, bu xəstəlik ömürlük Nəfisə ilə gedəcək”, - xanəndə bildirib. (lent.az)