Hadisə şəxsi həyatından danışdı - “8-9 aydır...”

 19:32 20.07.2024     646

Türkiyəli müğənni Hadisə ötən gün İstanbulda konsert proqramı ilə çıxış edib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi onu dinləməyə gələn tamaşaçılara şəxsi həyatı barədə danışıb.

Hadisə uzun müddətdir həyatında heç kimin olmadığını bildirib:

“Son zamanlar mənə bu sual ünvanlanır, “Hadisə, çox dəyişmisən, həyatında yeni bir sevgi var?” Bir qadının gülüşü, enerjisi və ya saçının rəngi, çəkisindəki dəyişimlər niyə kişi ilə əlaqələndirilir? Son 8-9 aydır özümlə çox xoşbəxt olduğu görürəm. Təkbaşına xoşbəxtəm, özümü çox sevirəm”.

Qeyd edək ki, Hadisə 2022-ci ilin aprel ayında iş adamı Mehmet Dinçerler ilə səssizcə evlənmişdi. Lakin bu evlilik 4 ay çəkib. Daha sonra sənətçinin adı iş adamı Mert Ayaydın, komediya ustası Hasan Can Kaya, aşpaz Gürkan Topçu və futbolçu Lukas Torreyra ilə hallanıb.