Xəzər TV-dən ayrılan Afaq Gəncəli bu telekanalda çalışacaq

 16:38 26.07.2024     687

Məşhur aparıcı Afaq Gəncəli "Xəzər" telekanalı ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, onun yeni mövsümdən ARB telekanalında veriliş aparacağı gözlənilir. 

Gəncəlinin kanala təqdim etdiyi layihənin rəhbərlik tərəfindən bəyənildiyi və aparıcının bir aydır ki, ARB kanalında işə gəlib-getdiyi yayılan xəbərlər arasındadır.

Onun hansı formatda veriliş aparacağı haqda isə məlumat yoxdur.