Oğlu ilə istirahətdən gileyləndi
"Vaxtında durmur, yatmır. Uşaqla istirahətə getmək başqadır".
Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə canlı yayımda deyib. Oğlu Emillə birlikdə Türkiyənin Fethiyə bölgəsinə istirahətə gedən sənətçi övladından danışıb.
"Əvvəl səs-küylü otellərə gedərdik. Amma indi sakit yerlərə gedirik. Burada ən gözəl yerlərdə ruslar qalır. Canlarının qədrini bilirlər" deyə, Xatirə əlavə edib.
Xatirə söyləyib ki, bir il sonra instaqramda canlı yayım açıb.