"Görürəm ki, 30 ildən sonra qızlarımız özlərinə ər tapmayacaqlar" - Müğənni
Müğənni İntiqam Kərimov açıqlaması ilə gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, 64 yaşlı sənətçi qonaq olduğu "Günə bax" verilişində oğlanların qızlar kimi rəqs etməsini tənqid edib.
Kərimov bu mövzuda fikirlərini bu şəkildə ifadə edib:
"Heç kimi qınamaq istəmirəm. Amma son zamanlar baxıb görürsən ki, oğlanlar başlayıblar nazlı rəqslər etməyə. Belə baxıb görürəm ki, 30-40 ildən sonra qızlarımız deyəsən özlərinə ər tapmayacaqlar. Beləcə bizim musiqilərimizi də dəyişdilər".
Qeyd edək ki, İntiqam Kərimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada sənəti fakültəsində klassik və estrada vokalından dərs deyir (olay.az).