Eminin xanımı lüks qarderobunu göstərdi - FOTOLAR

 15:41 19.09.2024     164

Xalq artisti və iş adamı Emin Ağalarovun həyat yoldaşı, model Alyona Qavrilova lüks qarderobunu nümayiş edib. 

Redaktor.az xəbər verir ki, Alyona sosial şəbəkə hesabında paylaşım edib. 

Qavrilova qarderob otağında güzgü önündə çəkdiyi fotolarını izləyiciləri ilə bölüşüb.

37 yaşlı modelin yayımladığı şəkillərdə onun bir-birindən dəbli geyimləri eyni zamanda “Hermes”, “Chanel”, “Miu Miu”, və digər lüks markalara məxsus çantaları yer alıb.

Qeyd edək ki, Emin Ağalarov və Alyona Qavrilova 2018-ci ildə ailə həyatı qurub, 2019-cu ildə onların Afina adlı qızları dünyaya gəlib. 2020-ci ildə cütlük ayrılmaq qərarına gəlib. 2021-ci ildə onlar yenidən birlikdə görünməyə başlayıblar, 2022-ci ildə isə müğənni müsahibəsində bildirib ki, Alyona ilə barışıblar. Bir neçə ay əvvəl isə cütlük ikinci dəfə rəsmi şəkildə evləniblər. 

A. Qavrilova buna qədər biznesmen Rustam Tariko ilə 12 il münasibətdə olub. Cütlüyün 2007-ci ildə Ruslan adlı oğlu doğulub (olay.az).