“Deputat seçilsəm, dəyişib, dahiliyimi göstərəcəm” - Elza Seyidcahan

 22:55 19.09.2024     75

"İlhamə Quliyeva mənim deputat ola bilməyəcəyimi deyəndə özü də namizədliyini vermişdi. O, 500 imza toplaya bilməmişdi, heç qeydiyyatdan da keçə bilməmişdi".

Redaktor.az xəbər verir ki, bu sözləri son zamanlar "Tüpürcəyim baldır mənim" şeri ilə yeni qalmaqala yol açan Elza Seyidcahan APA TV-yə açıqlamasında deyib.

"Seçilsəydim mən dəyişərdim. İstəyirlərsə Elza dəyişsin, seçsinlər dəyişim. Orda da dahiliyimi göstərəcəm",- deyə Əməkdar artist bildirib.