Mətanət İsgəndərlinin keçmiş gəlininə bahalı maşını və lüks bağ evini KİM ALDI? - VİDEO

 16:01 20.09.2024     113

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) etdiyi paylaşımla diqqətləri üzərinə çəkib.

Redaktor.az titul.az-a istinadla xəbər verir ki, Əməkdar artistin oğlu Kərimdən boşandıqdan sonra müğənniliyə başlayan Canana lüks avtomobili və bağ evini kamerada nümayiş etdirərək, onları özünə yeni aldığını bildirib.

Qeyd edək ki, bir ara söz-söhbət dolaşırdı ki, M.İsgəndərli böyük qalmaqal yaşadığı gəlininə avtomobil hədiyyə alaraq onun ailəsindən uzaq gəlməsini istəyib.

Canananın bağ evi və maşını ilə bağlı kadrları təqdim edirik:

Xatırladaq ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.