Rövşanə “artist”lərdən yazdı: "Bu kəslər öz yerlərində olsaydılar..."

 17:40 20.09.2024     71

Aparıcı Rövşanə Ağasəfqızı paylaşımı ilə diqqəti özünə çəkib.

Redaktor.az xəbər verir ki, o, ad çəkmədən səmimiyyətsiz insanlara söz atıb:

"Var səmimi, var səmimi görünmək. Bir də var səmimiyyəti qızıl-qırmızı oynamaq. Oynamaq deyirəm sizə. Musiqili komediya susar, "Azdrama" dincələr. Hərdən düşünürəm, bunlar niyə ayrı peşə seçiblər axı. Gül kimi teatrlarımız var. İstedad qıtlığı var, bu saat duzsuz aktyorlar dolu. Bu kəslər öz yerlərində olsa idilər daha uğurlu olardılar məncə. Həm də səhnədə bilərdik roldadırlar, camaatı ağılsız yerinə qoymayıblar" (yenisabah.az).