Nanə də göz rəngini dəyişdirdi - VİDEO
![](https://img.redaktor.az/news/2024/09/photo_255077.jpg?v=MjI6MjUyMDI0LTA5LTI0IDEwOjE3OjE3)
Aparıcı Nanə Ağamalıyeva da gözlərinin rəngini dəyişdirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, aparıcısı olduğu “7 tamam” verilişində danışıb.
Aparıcı qəhvəyi rəngli gözlərini əməliyyat yolu ilə açıq yaşıla dəyişdirib: “Bu əməliyyatla bağlı çox məlumat toplamışdım. Ölkə xaricində çox az sayda həkimin göz rənginin dəyişdirilməsi əməliyyatını icra etdiyini gördüm, ürək etmədim.
Məndən göz rəngimi niyə dəyişdirdiyimi tez-tez soruşurlar. Cavabım isə belədir: “Sevgimdən gözümün rəngini dəyişdirmişəm”.
Qeyd edək ki, bundan öncə aparıcı Mətanət Əliverdiyeva gözlərinin rəngini maviyə dəyişdirmişdi (qafqazinfo.az).