“Allah məni belə yaradıb, göz rəngimi dəyişdirmərəm”

 13:21 24.09.2024     360

Xəbər verdiyimiz kimi, məşhurlar arasında göz rənginin dəyişdirilməsi əməliyyatı artıq dəb halını alıb. Aparıcı Mətanət Əliverdiyevadan sonra həmkarı Nanə Ağamalıyeva da gözünün rəngini dəyişdirib. Oftalmoloqlar isə həyəcan təbili çalır, bildirirlər ki, bu əməliyyat gözlər üçün zərərlidir və gələcəkdə insan kor ola bilər. Hətta bir çox ölkələrdə bu əməliyyata dövlət tərəfindən qadağa qoyulub.

Məsələylə bağlı Redaktor.az-a danışan məşhur aparıcı Rövşanə Ağasəfqızı həmkarlarının istəyinə hörmətlə yanaşdığını, lakin heç vaxt gözlərinin rəngini dəyişdirmək arzusunda olmadığını dedi:

“Onlar mənim həmkarlarımdı və hər kəsin seçiminə hörmətlə yanaşıram. İnsanlar seçimlərində azaddır. Amma mən gözlərimin rəngini dəyişmərəm, bunun əleyhinəyəm. Allah məni belə yaradıb. Bütün hallarda güzgüdə özümü belə görmüşəm, insanlar məni belə görüblər. Bu mənim arzum olmayıb, əgər kimlərinsə arzusu olub və indi bunu gerçəkləşdirən həkim varsa, nə gözəl. Bəzən insanlar nəyisə arzulayır, amma ona çatmaq üçün imkanlar olmur”.

Vasif ƏLİHÜSEYN