"Anam atama dedi ki, qız donur, hava soyuqdur, şalvar geyinsin" - Aytən Səfərova

 15:24 25.09.2024     367

Aparıcı Aytən Səfərova aparıcısı olduğu “Xəbər ertəsi” verilişində açıqlaması ilə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, Aytən Səfərova atasının qadağasından danışıb.

“Mənim atam şalvar geyinməyə icazə vermirdi. Deyirdi ki, qızlara şalvar geyinmək olmaz. Mən isə bir gün qısa ətək geyindim. Atam isə səhər yeməyi yeyirdi və televiziyada xəbərlər proqramını izləyirdi. Mən isə o tərəf, bu tərəfə keçdim. Atam dördüncü dəfə gördü və dedi ki, bu nədir? Dedim ki, ata, axı, sən demisən ki, şalvar geyinmək olmaz. Mən də qısa ətəkdə məktəbə gedirəm. Ana da qıza dəstək olmalıdır. Anam atama dedi ki, qız donur, hava soyuqdur, şalvar geyinsin. Bəzən belə ətəklərdən şalvar daha abırlıdır. O gündən şalvar geyinməyə başladım (teleqraf.com).