Miri Yusifin xanımı işsiz QALDI - FOTO
Bir neçə gün əvvəl yıxılaraq əlini zədələyən Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva səhhəti ilə bağlı açıqlama verib.
Redaktor.az olay-a istinadla bildirir ki, bu haqda sənətçinin xanımı instaqram səhifəsində post paylaşıb.
Nərgiz bildirib ki, həkimlər ona bir müddət əzilmiş əli ilə iş görməməyi tövsiyə ediblər:
"Bakıdakı həkimlərin də məsləhəti ilə əlimi heç tərpətməməliyəm. Etməli olduğum masterklası təxirə salıram. Amma çox yox cəmi 1 aydan sonra yeni il mövzusu ilə masterklasım olacaq. Söz verirəm salamat gələcəyəm".