"Çox sevinirik ki, heykəli ucaldılıb" - Talıb Tale babası Aşıq Ələsgərin heykəli haqda

 16:28 30.09.2024     112

Tanınmış müğənni Talıb Tale ulu babası Aşıq Ələsgərin bu gün paytaxtda açılışı olan heykəlinin görüntüsünün müzakirə yaratmasına münasibət bildirib. 

Redaktor.az xəbər verir ki, o, təəssüflə bildirib ki, hazırda xaricdə olduğu üçün açılış mərasimində iştirak edə bilməyib: 

“Heykəli canlı şəkildə görməmişəm. Ölkəyə sabah qayıdacağam. Fotoları ilk dəfə görəndə müəyyən müzakirələr getdi. Hərə öz fikrini bildirdi. Bəli, mən də iradımı bildirdim ki, daha yaxşı ola bilərdi. Saztutma şəklini, heykəlin müəyyən “proporsiya”larını o qədər də bəyənməmişdim. Dəyişikliklər olunmasını istəyərdim. Nədənsə yekunda bu cür qərar verilib. Ən birincisi, təqdirəlayiq haldır, çox sevinirik ki, babamızın heykəli ucaldılıb. Bununla fəxr edirik. Qalan məsələlərə ziyalılar qərar verərlər...” 

Qeyd edək ki, Talıb Talenin babası Aşıq Talıb Aşıq Ələsgərin kiçik oğlu olub. Müğənni öz babasının adını daşıyır (pravda.az).