"Aygünün bildiyini professorlar belə bilmir, o, musiqimizin arxividir" - Müğənni

 12:24 05.10.2024     279

"Aygün əvəzsiz bir sənətkar idi. Böyük itki oldu. Aygünün bildiyini mənəm-mənəm deyən musiqiçi və musiqi cəhətdən professor adını qazananlar belə bilmirdi. O, Azərbaycan musiqisinin arxivi idi".

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Günə bax" verilişində mərhum Əməkdar artist Aygün Bəylər haqda danışarkən deyib.

O, həmkarının vəfatından sonra günlərlə özünə gələ bilmədiyini bildirib:

"Onun səhhətində olan problemi bilirdim. Aygünü o cür görməmək üçün demədim ki, gəl birgə iş görək. Biz çox yaxın idik. Gedişi ilə bizi də öldürdü. Günlərlə özümə gələ bilmədim. Düşündükcə o qədər pis təsir edirdi ki, nəfəsim belə kəsilirdi. Allah rəhmət eləsin. Hamımız bu dünyadan gedəndə iki şey aparacağıq, lənət və rəhmət. Çalışaq ki, lənətdənsə, rəhmət aparaq" (axşam.az).