"Elnarənin etdiklərini heç zaman unutmayacam" - Natavan Həbibi

 11:40 07.10.2024     350

“Bizim söhbətimiz düşmüşdü (keçmiş “W – trio” qrupunun digər üzvləri Röya Ayxan və Elnarə Xəlilovanı nəzərdə tutur – red.). Onlarla mənim konfliktim yaranmışdı. Sonuncu gün biz işə gedəndə Elnarənin qoluna girdim və ona sual verdim -  “Mənə səbəbini de. Niyə bunu elədin?” O mənə səbəbini deyəndə (barmağını dişləyir) anladım ki, orada xislət hiss vardı. İndi düşünürəm ki, Elnarə mənə o cavabı verməz. Nəyin ki, mənə heç kimə... Çünki o beləcə bir çox şeyi birüzə vermiş olar. O mənə göstərdi ki, mən tərəfdən onu bir çox şeylər narahat etmiş olub. Ona görə də o həmin şeyləri etmişdi”.

Redaktor.az olay.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu “YouTube” yayımlanan “ORGnal” verilişində deyib.

Keçmiş “W – trio” qrupunun dağılmasının səbəblərindən danışan sənətçi bildirib ki, həmkarı Elnarə Xəlilova ilə heç zaman dost olmayıb:

“Mən Elnarənin etdiklərini və aramızda olan o söhbəti heç zaman unutmayacağam. Bizim aramız düzəlsə də, pozulsa da belə olan olub və mən həmin insandan özümə qarşı bu şeyləri görmüşəm. Böyüdü eləməz deyirdim amma böyüdü yenə elədi. Elnarənin üzərində bu şeylər artıq var. Məhz bu səbəbdən Elnarə ilə bizim dostluğumuz heç zaman bərk alınmayıb. Bizim dostluğumuz olmayıb. Biz sadəcə iş yoldaşı olmuşuq. İndi təəccüblənib, deyirlər ki, niyə sizin isti münasibətləriniz yoxdur. Biz dost olmamışıq, təsadüf nəticəsində məcbur şəkildə görüşmüş, bir araya toplanmış insanlar idik. Hərəmiz müxtəlif yerdən, evdən, ailədən  gəlmiş insanlar idik. Biz məcbur şəkildə vaxtımızı bir yerdə keçirirdik. Bu isə o demək deyil ki, biz dost idik. Biz sadəcə iş yoldaşı idik. Ona görə də əgər bizim dostluğumuz yoxdursa buna görə heç kim təəccüblənməli deyil”.

Natavan bildirib ki, Röya və Elnarə qrupdan ayrılsalar da, o fəaliyyətini bəstəkar Vaqif Gərayzadənin yanında davam etdirib:

“Qruplarda, musiqi kollektivlərində dostluq uzun müddətlik olmur. Heç bir qrup əbədi çalışmır. Bizdə də belə oldu. Bizim kontraktımız bitdi. Qızlar (Röya Ayxan və Elnarə Xəlilovanı nəzərdə tutur -red.) solo karyeraya başlamaq istəyirdilər. Vaqif Gərayzadə (“W – trio” qrupunun rəhbəri) ilə söhbətimizdə Röya tək oxumaq, Elnarə isə ailə qurmaq istədiyini söylədi. Mən isə dedim ki, qrupda qalmaq istəyirəm. Çünki mən özümü Vaqif müəllimin yanında görürdüm və hələ də ondan informasiya almaq istəyirdim. Vaqif müəllim dedi ki, əgər sən qalırsansa qrupa növbəti heyyət toplamaq lazımdır. Dedi ki, onları özün seç, özün yığ, özün onlarla məşq elə, repertuarı yığ və özünüzdə gedin toylara”.